Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

10 yaşlı oğlunu öldürən atanın qandonduran ifadəsi: “Dedi ki, “Ata, anamı çılpaq kişiylə gördüm”” – FOTO

Tarix: 07-11-2017 13:18     Baxış: 61 692 A- / A+
10 yaşlı oğlunu öldürən atanın qandonduran ifadəsi: “Dedi ki, “Ata, anamı çılpaq kişiylə gördüm””


Manevr.az a24.az-a istinadən xəbər verir ki, ötən gecə Türkiyədə qandonduran qətl hadisəsi baş verib. Belə ki, ata 10 yaşlı oğlunu vəhşicəsinə qətlə yetirib.
İstanbul ötən axşam inanılmaz bir vəhşiliyə səhnə olub. Həyat yoldaşı Neriman T.-ilə ayrı yaşayan Nezir T. uzun müddətdir görmədiyi 10 yaşlı oğlu Yiğitcanı həftə sonu görmək üçün nənəsindən alıb. Nezir T. həmin axşamı Nəriman T.yə zəng edərək “Oğlunu öldürdüm, gəl apar” deyib və telefonu söndürüb. Polis evdə bıçaqlanaraq öldürülmüş Yiğitcanın cansız bədənini tapıb.
Əvvəlcə qaçan, bir neçə saat sonra da polisə təslim olan cani “Arvadım xəyanət etdi” ssenarisiylə özünü müdafiə edib. Cani atanın ilk özünümüdafiə nitqi isə hər kəsi şoka edib: “Yiğitcan mənə, “Ata tualetə duranda anamı biriylə çılpaq gördüm” dedi. Dəliyə döndüm. Oğlumu öldürüb anasına zəng etdim, uşağı götürməsini dedim”. Sorğunun ardından ədliyyəyə sövq edilən şübhəli “qəsdən adam öldürmək” cinayətindən həbs olunub.
Şübhəlinin 1.5 ay əvvəl də oğlunu öldürmək istədiyi, uşağı polisin xilas etdiyi bildirilir. İddiaya görə, ata 15 sentyabrda oğlunu qaçırıb. Ana bunun ardından dərhal polisə xəbər verib Uşağı almaq üçün evə gedən polisə müqavimət göstərən ata qapını kilidləyərək qazı açıb, “Yaxınlaşsanız uşağı öldürərəm” deyərək polisləri təhdid etməyə başlayıb. Anaya isə oğlunun ağlayarkən qeyd etdiyi səsini və fotosunu göndərib. Qapını qıraraq evə girən polislər uşağı xilas etməyə müvəffəq olub. Sonra ananın müraciəti ilə ataya uzaqlaşdırma qərarı verilib.
Talesiz uşağın cansız bədənini dayısı təslim alıb. Bacısı oğlunun göz görə-görə öldürüldüyünü qeyd edən dayı bunları deyib: “Hadisə açıq-açıq gəlirəm dedi. Təhdid edirdi. Bir il əvvəl türmədən çıxdı. Qardaşımla evli olduğu gündən bu yana həmişə şiddət tətbiq edib. Yiğitcanın yanında bacıma zəng edib “Övladımla körpüdən tullanacağıq demişdi. Yiğitcan bunu eşidəndə evdən qaçıb yanıma gəldi. Bu qədər hadisəyə baxmayaraq, necə oldusa yenə qarşımıza çıxdı”.
Uşağı əvvəlki gün atasına verən nənə Səlimə D. isə çox kədərli olduğunu söyləyib: “Öz əllərimlə nəvəmi o caniyə təslim etdim. Çox təəssüf. Ağlımdan çıxmır. Əllərim qırılsaydı da verməsəydim”.

10 yaşlı oğlunu öldürən atanın qandonduran ifadəsi: “Dedi ki, “Ata, anamı çılpaq kişiylə gördüm””


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar