Xəbər lenti
Masallıda partlayış olub
Bu gün Masallı rayonunda partlayış olub.
Manevr.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ərkivan qəsəbəsində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 190 m2 olan süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə soyuducu kameranın lambirindən ibarət tavanı 15 m2 sahədə dağılıb və şüşələri sınıb. Yanğın zamanı ərazidə yerləşən ümumi sahəsi 144 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 36 ton ot bağlamasının 15 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və ferma yanğından mühafizə olunub.
Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar