Xəbər lenti
"Ferrari" ilə qəza törədən xanım Eldar Mahmudovun qızı imiş -FOTOLAR
Əraziyə gələn ''Niva''dakı şəxs ''Ferrari''nin nömrələrini çıxarıb və qızı oradan uzaqlaşdırıb
Bir müddət əvvəl Bakının Heydər Əliyev prospektində ''Hyundai'' və ''Ferrari'' markalı avtomobillərin toqquşmasını çoxları xatırlayır. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın "Hyundai" markalı avtomobili sərxoş vəziyyətdə olan xanım sürücünün idarə etdiyi 10 SN 009 dövlət nömrə nişanlı "Ferrari" ilə toqquşmuşdu. Qəzadan dərhal sonra xanım sürücü avtomobilin nömrələrini sökərək hadisə yerindən qaçmışdı. Həmin vaxt ''Ferrari''nin ilk olaraq dövlət nömrə nişanının 10 VV 200 olduğu barədə xəbər yayılsa da, bu avtomobilin tanınmış iş adamı Şərurlu İsfəndiyarın ailəsinə məxsus olduğu deyilirdi.
Sumqayitfakt.Az bildirir ki, criminal.az-a həmin ''Ferrari''nin sükanı arxasında olan xanımla bağlı maraqlı məlumat daxil olub. Bildirilir ki, ''Ferrari''nin sükanı arxasında olan xanım bir müddət əvvəl işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı olub. Qəza zamanı həmin əraziyə ''Niva'' markalı maşın gəlib, naməlum şəxs ''Ferrari''nin nömrələrini çıxarıb və qızı ərazidən uzaqlaşdırıb.
Xatırladaq ki, qəzadan sonra Z.Dostəliyevanın ''Ferrari''nin sahibindən yeni avtomobil tələb etməsi deyilsə də, sonradan müğənni bunu təkzib etdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar