Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Atışmada ağır yaralanan "Qoca" öldü - YENİLƏNİB

Tarix: 02-11-2017 09:50     Baxış: 4528 A- / A+
Atışmada ağır yaralanan "Qoca" öldü
Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb.
Bu barədə "report"a hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, "Qoca" ləqəbli Etibar Məmmədov dünən gecə saatlarında keçirilən əməliyyat zamanı ağır yaralanıb. Vəziyyəti ağır olan "Qoca" səhər saatlarında xəstəxanada ölüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar