Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda güclü yanğın - 12 baş inək və qoyun tələf olub

Tarix: 31-10-2017 22:36     Baxış: 6417 A- / A+
İsmayıllıda güclü yanğın
İsmayıllı rayonunda heyvandarlıq təsərrüfatında böyük yanğın hadisəsi baş verib, mal-qara arasında kütləvi tələfat baş verib.
Manevr.az FHN-nə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Zərnava kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən və ümumi sahəsi 3500 kvadratmetr olan mal-qara fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ferma tamamilə yanaraq yarasız hala düşüb.

Hadisə zamanı Zərnava kənd sakinləri Kamal Allahverdiyev, Ötər Budiyev və Ağdam rayonundan olan məcburi köçkün Vaqif Məmmədova məxsus 7 ədəd iri buynuzlu və 5 baş xırda buynuzlu heyvan, 23 ton arpa və 1500 ədəd ot bağlaması yanaraq tələf olub. Yanğınsöndürənlər alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar. Hazırda yanğının tam söndürülməsi üçün işlər davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar