Xəbər lenti
Dələduzluqda təqsirləndirilən müəllimə 8 il HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc İbrahimovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Manevr.az apa-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda prokuror çıxış edib.
O, S. İbrahimovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, S. İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib və barəsində 70-ci maddə tətbiq edilməklə cəzası şərti hesab edilib.
Qeyd edək ki, S. İbrahimova Bakıda 135 saylı orta məktəbdə müəllimə işləyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. İstintaq və məhkəmə dövründə barəsində həbs qətimkan tədbiri seçilməyib. S. İbrahimova dəymiş ziyanı ödəyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































