Xəbər lenti
Əri tərəfindən döyülən qadın uşağı ilə birlikdə sığınacağa üz tutdu -VIDEO

46 yaşlı qadın üç illik evliliyi müddətində daima həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb.
Manevr.az Xəzər TV-yə istinadən məlumat verir ki, şərti adı Sevil Heydərova olan qadının iddiasına görə, həyat yoldaşı ona daim işgəncə verib. Hətta özü ilə bərabər övladı da zorakılıqla üzləşib.
Sevil Heydərova bildirib ki, əri tərəfindən döyülmək və təhqir olunmaqla yanaşı, günlərlə ac saxlanılıb.
Bir müddət sonra isə həyat yoldaşı, Sevili və azyaşlı oğlunu küçəyə atıb. Səbəb isə artıq evliliklərinə davam etmək istəməməsi olub.
Ata evində qəbul edilməyən Sevil çarəni sığınacağa müraciət edtməkdə görüb. Hazırda o, övladı ilə birlikdə sığınacaqda məskunlaşıb.
Məsələ ilə bağlı Sevilin həyat yoldaşı Hörmət bəyin çalışdığı iş yerinə üz tutduq. O, Sevilə işgəncə verib-verməməsi ilə bağlı sualımıza cavab verib.
O da məlum oldu ki, Hörmət bəy nə ailəsi ilə barışmaq niyyətindədir, nə də uşağına sahib durmaq istəyir.
Cütlüyün qanuni nikahı olmadığından qadın həyat yoldaşından hələ ki, bütün öhdəlikləri tələb edə bilmir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar