Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

67 yaşlı qadın qonşusu tərəfindən döyüldü - KREDİT ÜSTÜDƏ

Tarix: 31-10-2017 09:51     Baxış: 6396 A- / A+
67 yaşlı qadın qonşusu tərəfindən döyüldü
Tovuzda qadın kredit üstə döyülüb.
Manevr.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Hüseynova Qüdrət Annağı qızı qapalı kəllə beyin travması ilə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Q.Hüseynova qonşusu tərəfindən döyülüb. Q.Hüseynovanın qonşusu bankların birindən kredit götürüb. Qonşunun xahişi ilə Q.Hüseynova ona zamin dayanıb. Bir müddətdən sonra qonşu banka olan borcunu ödəməyib və nəticədə bank zaminin maaş kartından həmin məbləği tutub. Q.Hüseynova buna etiraz edib və qonşusundan həmin məbləği istəyib. Kredit götürən şəxslə Q.Hüseynova arasında mübahisə yaranıb və qonşusu qadını xüsusi amansızlıqla döyüb. Nəticədə qadın zərbələrdən qapalı kəllə beyin travması alıb və komaya düşüb.
Hazırda xəstəxanada olan qadının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar