Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
BÜTÜN XƏBƏRLƏR

5 yaşlı uşağın üzərinə qaynar su töküldü - Öldü

Tarix: 24-10-2017 14:00     Baxış: 5342 A- / A+
5 yaşlı uşağın üzərinə qaynar su töküldü
Şamaxı rayonunda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün səhər saatlarında Şamaxı rayonunun Qaravəlli kəndində qeydə alınıb.

Belə ki, Qaravəlli kənd sakini, 2012-ci il təvəllüdlü Şəfa Zamin qızı Şirinovanın üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb.

Azyaşlı ailəsi tərəfindən dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Ş.Şirinova evdə oynayarkən sobanın üzərində qaynamaqda olan su qabına toxunub. Nəticədə qaynar su önun üzərinə tökülüb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimi Solmaz Tağıyeva "report"un yerli bürosuna bildirib ki, xəstə gətirilərkən aqanal vəziyyətdə olub: "Azyaşlı döş qəfəsinin ön səthinin hər iki yuxarı ətrafı və sağ budun 3-4-cü dərəcəli termiki yanığı diaqnozu ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Faktla bağlı araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar