Xəbər lenti
Ana doğduğu körpəni xəstəxananın tualetinə atıb, qaçdı

Doğum evinin sanitar qovşağındakı zibil qabına atılan körpə həkimlərin sayəsində sağ qalıb.
Manevr.az milli.az-a istinadla bildirir ki, doğulan kimi zibilliyə atılan körpəni həkimlər xilas ediblər.
Qadının körpəni ayaqyoluna atması anı doğum evinin təhlükəsizlik kamerasına düşüb. Görüntülər Perudakı Solidaridad Salud sağlamlıq mərkəzində çəkilib.
Qadın uşağı zibil yeşiyinə atdıqdan sonra qaçıb. Onun qaçmağına iki qadın kömək edib. O, belinə bağladığı paltarla üzərindəki qanı gizlədib.
Qadın xəstəxanadan çıxdıqdan dəqiqələr sonra zibillikdə uşağı görənlər həkimə xəbər veriblər.
Körpə müayinə olunduqdan sonra Hipolito Unanue hospitalına göndərilib. Bir neçə saat sonra onun anası da şiddətli qanaxmayla həmin xəstəxanaya gəlib.
Hazırda körpənin və ananın vəziyyəti normaldır. Qadının hər hansı cəza alıb-almayacağı barədə məlumat yoxdur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar