Xəbər lenti
Maşınla vurduğu uşaqları üst-üstə baqaja yığdı - VİDEO

Manevr.az xəbər verir ki, Türkiyənin Adıyaman şəhərində velosiped sürən uşaqları vuran sürücü, oturacaqların kirlənməməsi üçün yaralı uşaqları üst-üstə baqaja qoyaraq xəstəxanaya aparıb. Vicdansız sürücünün insanlıqdan kənar hərəkəti təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
37 gün reanimasiyada qalan yaralı uşaqlardan biri olan Osman Orxan, həkimlərin bütün səylərinə baxmayaraq bugün dünyasını dəyişib.
Qəzanı törədən avtomobilin sürücüsü şərti azadlığa buraxılıb. Uşaqların valideynləri əvvəl şikayətçi olmasa da sürücünün uşaqları baqajda xəstəxanaya gətirdiyini öyrənəndən sonra sürücü haqqında prokurorluğa şikayət edib.
Dünyasını dəyişən Osman Orxanın əmisi sürücünün vicdansızlığına üsyan edib: “Bu uşaqları vuran sürücü necə bir insandır? Qəza ola bilər, insan qəzada ölə də bilər. Ancaq yaralıları maşının baqajına qoyub xəstəxanaya aparmaq vəhşilikdir. Biz bu işi sonuna qədər təqib edəcəyik. Belə vəhşilik bir daha olmasın. Bizim ürəyimiz yanır. Sürücünün ciddi şəkildə cəzalandırılmasını istəyirik”.(Moderator.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar