Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbli qız məhkəmədə onu zorlayanların adını deyib - Həbs olunacaqlar

Tarix: 11-10-2017 10:18     Baxış: 7313 A- / A+
Məktəbli qız məhkəmədə onu zorlayanların adını deyib
Məktəblinin zorlanmasında iştirak edən 5 nəfərin 2-i ilə bağlı Beyləqan Rayon Məhkəməsi qərar verib.

Bunu aznews.az-a açıqlamasında Beyləqanda 5 nəfər tərəfindən zorlanan məktəbli qızın olayında həbs olunan Tural Kərimovun nümayəndəsi Asif Quliyev deyib. O, bildirib ki, Telman Kərimov məhkəmənin qərarı ilə 1 il 3 ay azadlıqdan məhrum edilib:

“Oktyabrın 9-da məhkəmə keçirilib. Məktəbli qızın zorlanmasında iştirak edən Tural Kərimovla Kamilə 1 il 3 ay həbs cəzası verilib”.

Asif Quliyevin sözlərinə görə, məhkəmədə məktəbli qızın zorlayan və bu günə kimi prosesdən kənar qalan daha 3 nəfər də istintaqa cəlb olunub:

“Məktəbli qızın zorlanmasında iştirak edən Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib istintaqa cəlb olundu. Hansı ki, bu şəxslərlə bağlı faktlar, sübutlar var. Onlar qızı zorlayıb, videoya çəkib və internetdə yayıblar. Əslində bunlar ilk gündən həbs olunmalı idi. Lakin onlar müəyyən yollarla istintaqdan kənar qalmışdılar. Qız məhkəmə prosesində onların üzünə durdu və dedi ki, onu zorlayanlar həbs olunmalıdır. Məhkəmə prosesində bildirildi ki, oktyabrın 20-nə kimi adı gedən şəxslərlə bağlı həbs qərarı veriləcək”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı. Hadisədə adı hallanan 5 nəfərdən ikisi həbs olunub, üç nəfər-Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib hələ də azadlıqdadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar