Xəbər lenti
85 il əvvəlin DƏHŞƏTLİ CİNAYƏTİ: Kişi ilə yatmaq üçün ARVADINI ÖLDÜRDÜLƏR və... – VİDEO/FOTO
Türkiyə Cümhuriyyət tarixində edam edilən ilk qadının fotoları yayılıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, 85 il öncə 1931-ci ilin 12 sentyabr tarixində baş nazir İsmət İnönü Türkiyə Böyük Millət Məclisinin (TBMM) verdiyi qərarı imzalamaqla İspartanın Cebel (Sütçülər) bölgəsindəki Darıbükü kəndində yaşayan Ala Hasan Oğullarından Hüseyn qızı Fatmanın ölüm fərmanını verdi.
Bu qərar Türkiyə Cümhuriyyət tarixində ilk qadının edam olunması demək idi. Daha sonra qərar yerinə yetirildi. Və üç qadınla işlədiyi iddia edilən cinayətə görə Fatma camaata ibrət olsun deyə, açıq meydanda edam olundu. Fatmanın edam vaxtı çəkilən yeganə fotosu bu günə qədər gəlib çıxıb.
Fatma tərəfindən öldürülərək, cəsədi çaya atılan Ümmüşaninin Körpüçayın sahilində daşlarla örtülmüş qəbri də 85 il öncənin sirli cinayətinin indiyə qədər qalan işarələrindəndir.
Sirli cinayət
1900-cı illərdə Türkiyənin bütün bölgələrində olduğu kimi Darıbükü kəndində də kişilərin əksəriyyəti müharibəyə getmişdi. Kənddə çox az kişi qalmışdı. Onlardan biri də Əşrəf adlı bir nəfər idi. 1890-cı ildə doğulan Əşrəf əri müharibədə ölən Taylak ləqəbli Ümmüşani ilə evlənir və bir qızları olur. Daha sonra kəndin kişiləri milli mücadilə dövründə yenidən cəbhəyə yollanırlar və kənddəki kişilərin sayı daha da azalır. Kənddə qalanlardan biri də Əşrəf idi. Bundan sonra Əşrəflə evlənmək üçün kəndin qadınları arasında mübarizə başlanır. Lakin Əşrəf evli idi. Belə olanda Hanifə, Fatma və Xınalı ləqəbli başqa bir qadın Əşrəfin arvadı Ümmüşanini aradan götürmək qərarına gəlirlər. Əvvəlcə Ümmüşanini Xınalı ləqəbli qadının evinə dəvət edirlər. Bir az söhbət edəndən sonra namaz qılmaq üçün evinə qayıtmaq istəyən Ümmüşanini “namazı burada qıla bilərsən” deyə razı salırlar. Namaz qılarkən üç qadın gənc Ümmüşaninin başına balta ilə kəsərək öldürürlər. Öldürəndən sonra cəsədi evin altında olan axırın içinə basdırırlar. Xınalının 5-6 yaşındakı oğlu Hasan Ali bir həftə sonra anasına axırdan iy gəldiyini deyir. Üç qadın qərara gələrək, cəsədi torbaya qoyub çaya atırlar.
İddialara görə, cinayətdən Ümmüşaninin əri Əşrəfin də xəbəri olub. O, 20 qızıl və tarla qarşılığında Hanifə ilə evlənməyə razı olur və öz arvadının öldürülməsində iştirak edir. Cəsədin daşınaraq, çaya atılmasında onun da rolu olur.
Cəsədi çaya atarkən kənardan keçən iki nəfər bunu görür və bundan sonra cinayətin üstü açılır. Edam edilən ilk qadının həyatı və həmin cinayətin sirri ilə bağlı Türkiyədə sənədli film də çəkilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar