Xəbər lenti
Ucar xəstəxanasında müəmmalı ölüm - 24 yaşlı gənc səhlənkarlıq qurbanı olub?

Ucar sakini xəstəxanada ölüb.
Manevr.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Rayonun Qazyan kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Polad oğlu Ələkbərov xəstəxanada dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, sağlam vəziyyətdə xəstəxananın təcili tibbi yardım stansiyası daxil olan R. Ələkbərov həkimin səhlənkarlığı nəticəsində dünyasını dəyişib.
Təcili tibbi yardım stansiyasının həkimi Ramil Tağızadə gecə saat 03:00 radələrində Ələkbərovun xəstəxanaya daxil olduğunu, ona lazımı tibbi yardım göstərildiyini və xəstəliyin ciddi olması barədə yaxınlarına məlumat verildiyini bildirib. Həkimin sözlərinə görə, Ələkbərovun yaxınları xəstəliyin ciddi olmadığını düşünərək onu evə aparıblar. Səhər saat 09:30 radələrində mərhum yenidən xəstəxanaya gətirilib. Ona ilkin yardım göstərilib, analizlər götürülüb. Analizlərin nəticəsinə görə, onun ağ ciyər vərəmi olduğu ehtimal olunduğundan o, reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq R. Ələkbərov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar