Xəbər lenti
Azərbaycanda rayonun adını daşıyan çay DAŞDI : 3 kəndin əhalisi qayıqlar vasitəsi ilə təxliyə edildi

Astara rayonunda Astara çayının daşması nəticəsində 100-dən artıq ev su altında qalıb.
Manevr.az apa-ya istinadən verdiyi məlumata görə, Suparibağ icra nümayəndəliyinə daxil olan Rüdəkənar, Məcidməhəllə və Qapıçıməhəllə kəndlərini su basıb.
Suparibağ icra nümayəndəsi Vahab Vahabovun verdiyi məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. 50 ailə qayıqlar vasitəsi ilə təxliyə edilib.
Qeyd edək ki, bundan əvvəl Lənkəran rayonunun Molla kəndində sel suları yaşayış evini dağıdıb.
Xoşbəxtlikdən evdə heç kim olmayıb. Əşlə kəndi ərazisində isə güclü sel avtomobil körpüsünü yuyub aparıb, kənd ilə rayon arasında əlaqə kəsilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar