Xəbər lenti
Keçmiş məmurun gözətçini güllələməsinin ilginc təfərrüatı

3 gün əvvəl Bakıda gözətçinin ev sahibi tərəfindəb güllələnməsi hadisəsinin maraqlı təfərrüatı üzə çıxıb.
Lent.az-ın məlumatına görə, təqaüdçü olan Vidadi Quliyev onun Ləhiş bağlarındakı evində gözətçilik edən Elşad Kazımovla şəhərdəki kafelərdən birində yeyib içib. Daha sonra evə gedən hər iki şəxs burada yolüstü aldıqları pivəni də içiblər. Bundan sonra isə hələlik dəqiqləşməmiş səbəblərdən E.Kazımov əsəbləşməyə başlayıb və onun hər kəsə hörmət etdiyini, hamının da ona hörmət göstərməli olduğunu deyib.
E.Kazımov hörmətsizlik edən şəxslərin ünvanına ağır ifadələr işlədib. V.Quliyev özündən yaşca kiçik olan Elşadı qucaqlayaraq onu sakitləşdirməyə çalışıb və ondan konkret kimi söydüyünü soruşub. İçkinin təsiri altında olan E.Kazımov konkret olaraq V.Quliyevi söyüb və onu boğmağa başlayıb.
V.Quliyev E.Kazımovun əlindən çıxan kimi belindəki tapançanı çıxarıb və ona doğru atəş açıb.
Bildirilir ki, öz evinin gözətçisini güllələyən V.Quliyev əvvəllər xüsusi təyinatlı idarələrdən birində vəzifədə olub.
Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar