Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Cəlilabadda rüsvayçı hadisə - Rusiyalı qonaq qızı zorladılar

Tarix: 14-09-2016 16:12     Baxış: 4707 A- / A+
Cəlilabadda rüsvayçı hadisə

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib

Təxminən bir həftə öncə Rusiyadan Azərbaycana gələn gənc qız Cəlilabadda zorlanıb.

Rusiya Federasiyasının Omsk vilayətindən olan qadın orada yaşayan azərbaycanlı oğlanın xahişini yerinə yetirmək üçün Cəlilabad rayonunun Günəşli kəndinə gedib. Belə ki, həmyerlimiz həmin xanıma gül verib və xahiş edib ki, Günəşli kəndinin qəbiristanlığında olan atasının qəbrinin üstünə qoysun. Rusiyalı qadın bu xahişi yerinə yetirmək üçün Cəlilabada gedib. Alar kəndinə taksidən düşərək Günəşli kəndinə gedən maşına minib.

Sözügedən qızla eyni maşında Bakıdan gələn gənc oğlan yolda söhbət zamanı hadisəni bilib və kənddəki tanışlarına bu barədə məlumat verib. Rus qız qəbiristanlığa daxil olduqdan sonra həmin şəxslər ona hücum ediblər. Qızı döyərək uzun müddət zorlayıblar.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb. Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Cəlilabad rayon prokurorluğu və polis şöbəsi faktı təsdiqləyib. Lakin ətraflı məlumat verilməyib.

Hadisə ilə bağlı Rusiya səfirliyi də məlumatlandırılıb. Zərərçəkən xanım səfirliyə şikayət edib. (qafqazinfo)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar