Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda OLAY: Kişi qonşusunu döyüb zorla evinə gətirdi...

Tarix: 29-09-2017 09:25     Baxış: 3332 A- / A+
Bakıda OLAY: Kişi qonşusunu döyüb zorla evinə gətirdi...
Bakıda kişi bacısını və qonşuda yaşayan qadını döyərək onlara ağır xəsarət yetirib.
Manevr.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Goradil bağları adlanan yaşayış massivindəki evlərdən birində Azər Cəlilov qonşusu, 50 yaşlı Quliyeva Kifayət Həsənbala qızı ilə birlikdə yeyib-içib. İçki məclisi zamanı qonşular arasında mübahisə yaranıb. Nəticədə A.Cəlilov qadını döyərək ona çoxsaylı xəsarətlər yetirib.
O, bundan sonra K.Quliyevanı zorla özünün yaşadığı evinə gətirib. A.Cəlilovun bacısı, 38 yaşlı Arzu Cəlilova da davanın qarşısını almaq istəyən zaman qardaşı tərəfindən döyülüb. Hər iki yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib və onlara tibbi yardım göstərilib.

Müayinə zamanı həkimlər K.Quliyevanın kəllə-beyin travması aldığını və burnunu sındığını müəyyən ediblər. A. Cəlilovanın vəziyyəti isə qənaətbəxşdir. O, çoxsaylı xəsarətlər alsa da, sınığı olmayıb.

Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verilib və A.Cəlilov polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilib. Məlum olub ki, o, hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.

Araşdırmalar davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar