Xəbər lenti
Bakıda yol polisinin avtomobili tələbə qızı vurdu

Bu gün günorta saatlarında Bakıda Neft və Sənaye Universitetinin yaxınlığında Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 316 dövlət nömrə nişanlı avtomobil tələbə qızı vurub.
Manevr.az xəbər verir ki, hadisə şahidlərindən biri pressclub.az-a bildirib ki, DYP maşını qızı vurandan sonra, tələbə yıxılıb. Onu taksiyə qoyub xəstəxanaya aparıblar. DYP isə həmin taksinin arxasınca gedib.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti hadisənin baş verdiyini təsdiqlədi. Lakin bildirildi ki, vurulan tələbənin vəziyyəti normaldır: "Yol Polisinin avtomobilinin güzgüsü tələbəyə dəyib. Həmin vaxt qız panikaya düşüb, yıxılıb. Xanımın heç bir ciddi xəsarəti yoxdur. Tələbə hazırda evlərindədir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































