Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda gənclərin 40 qəpik üstündə - Qanlı davası

Tarix: 28-09-2017 12:08     Baxış: 5307 A- / A+
Bakıda gənclərin 40 qəpik üstündə
Bakıda xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Elşən Bəndəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bu zaman təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmədiyi məlum olub. Prokuror həbslə bağlı vəsatət verib, bildirib ki, əks halda o, məhkəmədən yayına bilər.

Vəkili Tural Süleymanlı vəsatətin təmin edilməməsini istəyib. Deyib ki, müdafiə etdiyi şəxsin məhkəmədən yayınmaq istəyi yoxdur.

Hakimlər prokurorun vəsatətini təmin ediblər. Elşən Bəndəliyev məhkəmə zalından həbs olunub.

Məhkəmə baxışı oktyabrın 7-ə təyin edilib.

İttihama görə, 2016-ci ilin yanvarında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafedə Elşən Bəndəliyev tanışı, 1988-ci il təvəllüdlü Yadigar Rüstəmovla mübahisə edib. O, heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə Yadigara bıçaq zərbəsi vurub. Vaxtında tibbi yardım göstərildiyi Yadigar Rüstəmovun həyatını xilas etmək mümkün olub.

Hadisə yerindən qaçan Elşən Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməyib. O, bir neçə dəfə istintaqdan yayınıb.

İbtidai istintaqa ifadəsində Elşən Bəndəliyev Yadigar Bəndəliyevi bilərəkdən vurmadığını deyib: “Kafedən ondan pul istədim. Münasibətlərimiz çox yaxşıydı. Ondan 40 qəpik pul götürdüm. Bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı”.

Elşən Bəndəliyev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar