Xəbər lenti
Respublika Klinik Xəstəxanasında BƏDBƏXT HADİSƏ - YENİLƏNDİ
Mirqasımov adına Respublika Klinik Xəstəxanasında bu gün səhər saatlarında intihar edən şəxsin kimliyi məlum olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova publika.az-a bildirib ki, intihar edən şəxs 1967-ci il təvəllüdlü İsmayıllı Rayon sakini Ağayev Cavid Səma oğludur.
O, C.Ağayevin 22 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini deyib:
“O nevroloji xəstə deyil. Sadəcə uzun illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkir, gözlərində görmə qabiliyyəti çox zəifdir, həmçinin qıcolması olub. Onun ağır vəziyyətini nəzərə alaraq, hətta oğlunun yanında qalmasına icazə verilib. Hadisə baş verəndə də oğlu palatada olub”.
S.Əhmədova onu da vurğulayıb ki, xəstə bir həftə əvvəl xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib: “İki gün orada müalicə aldıqdan sonra palataya köçürülüb”.
***
Səhər saat 07:35 radələrində Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar hadisəsi baş verib.
Publika.az xəbər verir ki, orta yaşlı kişi xəstəxananın müalicə olunduğu birinci korpusundakı palataların birinin pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb.
Hazırda xəstəxanaya Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. İntiharın səbəbləri araşdırılır.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölən şəxsin kimliyi araşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar