Xəbər lenti
Çətənə kolu oğurlamaq istədi, güllələndi - YEVLAXDA SİLAHLI İNSİDENT
Sentyabrın 23-də Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb.
Lakin B.Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Bəkirovun rayon ərazisindəki təsərrüfatların birindən oğurluq etməyə cəhd göstərən zaman odlu silahdan açılan atəş nəticəsində yaralandığı məlum olub.
Müəyyən edilib ki, B.Bəkirovun Hacıselli kəndi ərazisində Abbas İsmayılova və qardaşı Röyala məxsus pay torpaq sahəsində tərəvəz məhsullarının yetişdirildiyi yerdə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdikləri barədə məlumatı olub. Həmin gün Bəkir Bəkirov həmkəndliləri, əvvəllər məhkum olunmuş Savalan Qasımov və Əhməd Mahmudzadə ilə birgə həmin təsərrüfatdan 20 ədəd çətənə kolunu oğurlayıb aparmaq istəyərkən, Abbas İsmayılovun ov tüfəngindən açdığı atəş nəticəsində yaralanıb.
İstintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib, oradan B.Bəkirova məxsus “İJ” markalı tüfəng aşkar edilərək götürülüb. Təxirəsalınmaz tədbirlərlə S.Qasımov, Ə.Mahmudzadə, A.İsmayılov və Röyalın yerləri müəyyən edilib, onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
A.İsmayılovdan “TOZ-16” markalı tüfəng götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar