Xəbər lenti
Lənkəranda gənc qulaqcığın qurbanı oldu:qatarın altında qalaraq öldü -VİDEO

22 yaşlı gənc qatarın altında qalaraq öldü.
ARB TV xəbər verir ki, Lənkəranda Astaradan Bakı istiqamətinə hərəkətdə olan Bakı-Astara sərnişin qatarı dəmir yol vağzalından təxminən 2 km məsafədə dəmir yolu xəttini keçmək isəyən 22-yaşlı Tural Hüseynlini vurub.
Hadisə yerinə dərhal təcili yardım çağırılıb və Tural Hüseynli qatarın altından çıxarılıb. Lakin yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, Tural Hüseynli dəmir yol xəttini keçmək isdəyərkən qulağcıqdan isdifadə edib və qatarın verdiyi xəbərdarlıq siqnalını eşitməyib.
Hadisə zamanı Astara-Bakı xətti üzrə hərəkət edən qatarın hər iki maşinistinin içkili olub olmadığını yoxlamaqdan ötrü əraziyə həkim çağırılıb və hər iki maşinist tibbi müayinədən keçib. Hadisə ilə bağlı qatarın hərəkətində 1 saatdan çox gecikmə yaranıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar