Xəbər lenti
Qadın sərnişinin oğlu sürücünü niyə döydü? – Tam video

135 saylı marşrut avtobusunda baş verən hadisə ilə bağlı artiq hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev dünən saat 17:30-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı marşrut sürücüsününü döyülməsini əks etdirən video ilə bağlı açıqlama verərkən deyib. Onun sözlərinə görə, sürücü ilə mübahisə avtobusa orta qapıdan girən qadına iraddan sonra baş verib:
“Sürücü tələbində haqlı olub. Qadın sərnişin qaydaları pozaraq avtobusa orta qapıdan daxil olub. Buna iradını bildirən sürücüyə qarşı iki sərnişin etiraz edib. Sürücü bir kişi ilə mübahsə etdiyi zaman gənc oğlan sürücüyə hücum edərək vəhşicəsinə döyüb”.
Videonun yarımçıq olması, olayın əvvəlini əks etdirməməsi və bunun sürücünün kobud söz istifadə etməsi barədə ehtimala yol açmasına münasibət bildirən BNA-nin sözçüsü sürücünün heç bir günahı olmadığını vurğulayıb və baş vermiş hadisənin tam videosunu Axar.az-ın ünvanına göndərib.
Qeyd edək ki, dünən saat 17:30-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, 10 TG 034 nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən vəhşicəsinə döyülüb.
İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.
Tam videodan görünür ki, sürücü Q.Kərimov qadağan olmasına baxmayaraq, orta qapıdan minən qadın sərnişinə iradını bildirir. Qadın sərnişin isə kartını BNA əməkdaşı olan və marşrutun tənzimlənməsinə cavabdeh konduktora verdiyini, onun ön qapıdan keçərək kartla ödəniş etdiyi üçün orta qapıdan mindiyini deyir. Sürücü isə “o qələt edib” deyərək, öz həmkarını suçlayır və qadına qarşı kobud söz işlətmir, yalnız onun qanunsuzluq etdiyinə iradını bildirir.
Bunun ardınca isə qadının oğlu olduğu ehtimal edilən gənc ön qapıdan girərək, gözləmədiyi halda sürücüyə zərbələr endirir.
Sürücü ona yardım edən həmkarına “bütün günahlar səndədir” deməsinin də səbəbi konduktorun sərnişinin kartını alaraq, ön qapıdan onun üçün ödəniş etməsi və qadının orta qapıdan minməsinə şərait yaratmasıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar