Xəbər lenti
Qaçqınlara atəş açıldı: 37 ölü, 120 yaralı var : 37 ölü, 120 yaralı var

Konqo Cümhuriyyətində Burundidən olan 4 qaçqının deportasiya edilməsinə görə digər qaçqınlar Kamanyola şəhərində etiraz aksiyası keçiriblər.
Manevr.az bildirir ki, yerli qüvvələr aksiyaya sərt müdaxilə ediblər.
Qaçqınlara atəş açılması nəticəsində 37 nəfər ölüb, 120 nəfər isə yaralanıb.
Lakin yerli qurumlar fərqli açıqlama veriblər. Onlar öldürülənlərin Milli Kəşfiyyat İdarəsinə hücum edənlərin olduğunu bildiriblər.
BMT isə hadisə ilə bağlı araşdırma aparılmasını tələb edib.
Qeyd edək ki, Konqo Cümhuriyyəti burundili qaçqınların öz ölkələrinə geri qayıtmaları üçün onlara təzyiqlər göstərir. Hadisənin baş verdiyi Kamanyola şəhərində 2 mindən çox, ümumilikdə isə Konqoda 40 mindən çox burundili qaçqın yaşayır.
Burundidə 2 il öncə prezident Nkurunzizanın 3-cü dəfə rəhbər seçilmək istəməsindən sonra ölkədə çaxnaşmalar başlamışdı. Yerli əhaliyə işgəncələr edildiyi üçün 400 mindən çox insan qonşu ölkələrə sığınmışdı. “Qafqazinfo”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar