Xəbər lenti
22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxdı – VİDEO
22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb.
Manevr.az xezerxeber.az-a istinadən məlumat verir ki, Sumqayıt şəhər sakini Xanım Aslanova 8 aylıq körpəsi ilə birlikdə sentyabrın 4-də ər evindən ata evinə qayıdıb. Elə həmin gündən də yoxa çıxıb.
Xanım Aslanova 4 ildir ki, ailəlidir. Evlilikdən bir qız və bir oğlan övladı var. Valideynləri qızlarının tezliklə geri qayıdacaqlarına inandıqlarını deyirlər.
Məsələ ilə bağlı itkin qadının həyat yoldaşı Tural Aslanovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, həyat yoldaşı ilə aralarında heç bir problem olmayıb. Həmişəki kimi normal qaydada atası evinə gedib və oradan da yoxa çıxıb. Özü də hər kəs kimi elə o vaxtdan axtarışdadır.
22 yaşlı Xanım Aslanovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































