Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda ögey ata 10 yaşlı uşağı evdən qovdu

Tarix: 16-09-2017 16:42     Baxış: 5361 A- / A+
Bakıda ögey ata 10 yaşlı uşağı evdən qovdu


Azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib

Sentyabrın 14-də gecə saatlarında polis əməkdaşları tərəfindən metronun “20 Yanvar” stansiyasının yaxınlığında uşaq tapılıb. Azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Manevr.az-ın xəbərinə görə, bu barədə virtualaz.org saytına birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, oğlanın 10 yaşı var. “Uşağın əqli və fiziki qüsuru var, amma fikirlərini çatdıra bilir. Dediklərindən məlum olur ki, atalığı tərəfindən evdən qovulub. Uşağa fiziki və psixoloji zorakılıq olunduğunu güman edirik. Hələlik onunla psixoloq işləyir”, - K.Ağazadə bildirib.

Uşağın valideynləri axtarılır: “Sığınacağa bir nəfər zəng vurdu və iddia etdi ki, uşaq özü evdən qaçıb. Bu gün isə bir nəfər gəldi və özünü uşağın xalası kimi təqdim etdi. Birlik polis əməkdaşları olmadan onun uşaqla görüşməsinə icazə vermədi. Yalnız hüquq-mühafizə orqanlarının icazəsi ilə uşaq yaxınlarına verilə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar