Xəbər lenti
Özəl klinikada ana doğuş zamanı öldü - BAKIDA

Sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib. 31 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib.
Manevr.az-ın virtualaz.org-a istinadən məlumatına görə, doğuş zamanı dünyasını dəyişən ana 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanovadır.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Nazirliyin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova faktı təsdiqləyib.
Komissiya sədri bildirib ki, uşağın həyatını xilas etmək mümkün olsa da, ana ölüb.
"Bütün özəl tibb müəssisələri, o cümlədən Leyla Şıxlinskayanın Klinikası Səhiyyə Nazirliyinin təlimatlarına əsasən fəaliyyət göstərir. Özəl tibb müəssisələrində baş verən ana ölümləri tərəfimizdən araşdırılır. Klinikada ana ölümü sentyabrın 10-da qeydə alınıb, bu barədə Doğuşayardım Komissiyası məlumatlandırılıb. Sənədlər təqdim ediləndən sonra ölümün səbəbi araşdırılacaq. Araşdırma tamamlanmadan ananın hansı səbəbdən öldüyünü söyləmək olmaz”,-Məmmədova əlavə edib.
Klinikanın özünü təqdim etmək istəməyən həkimi isə deyib ki, nəinki dünən axşam, o cümlədən son 1 ildə burada ana və uşaq ölümü qeydə alınmayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































