Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toya hazırlaşan ailədə FACİƏ - NİŞANLI QIZ ÖLDÜ

Tarix: 10-09-2017 14:13     Baxış: 4407 A- / A+
Azərbaycanda toya hazırlaşan ailədə FACİƏ


Dünən Saatlı rayonunun Musalı kəndində 17 yaşlı qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Manevr.az-ın məlumatına görə, özünü asaraq intihar edən 17 yaşlı Minarə Səmədova nişanlı olub. Ailə üzvləri bildiriblər ki, qız öz istəyi ilə, heç bir kənar təsir olmadan nişanlanıbmış və bu yaxınlarda toyun keçirilməsi nəzərdə tutulubmuş.

Bildirilir ki, ailədə maddi baxımdan da ciddi problem olmayıb. 17 yaşlı Minarənin əsəbi halda, bir anlıq qərarla özünü asdığı məlum olub.

Qeyd edək ki, hadisənin baş verdiyi Səmədovlar ailəsinin 5 övladı var. Ailənin 3-cü qız övladı olan Minarə Səmədova özünü hində asıb və onun asılı vəziyyətdə qalmış meyitini anası tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*****

9:50

Saatlıda intihar hadisəsi baş verib. Manevr.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Musalı kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Minarə Yaşar qızı Səmədova həyətyanı sahədəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar