Xəbər lenti 
					
 
		Qadın sürücü ağır qəza törətdi - Ölən var+Video
Manevr.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. “Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yığılan mişar daşlarına, sonra isə mağazaya çırpılıb.
Qəza zamanı sərnişin 24 yaşlı Xanım Nəsirova hadisə yerində dünyasını dəyişib. Qadın sürücü 30 yaşlı Nurlana Kərimova isə yüngül bədən xəsarəti alıb. Yol kənarındakı iki mağazanın şüşəsi də sınıb.
Şahid Surxay Əliyev qəza haqda bunları deyib: “İki qız idi. Obyektləri qoruyuram, içəri girdim ki, özümə çay süzüm. Gördüm ki, maşın ora girdi. Maşından səs gəldi ki, kömək edin. Tez maşını sürəni çıxardım o sağ idi. O, birisi isə can verirdi. Xahiş elədim yoldan keçən maşın xəstəxanaya apardı”.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















