Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qaçırılan qızın ACI SONU...

Tarix: 04-09-2017 10:19     Baxış: 4362 A- / A+
Qaçırılan qızın ACI SONU...

Samuxda yol qəzası baş verib.

Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə Çobanabdallı-Qarabağlar avtomobil yolunun Əhmədbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən Gəncə çayına düşüb.

Qəza nəticəsində sürücü, Samux rayon Sərkar kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, avtomobildə olan daha iki şəxs də Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Ilkin məlumata əsasən, avtomobildə olan sərnişinlərdən biri dostları ilə birgə evlənmək məqsədilə T.İsgəndərovanı qaçıran zaman yolda qəzaya düşüblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar