Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Baş cərrah ailəsi ilə birlikdə ağır qəzaya düşdü - VİDEO

Tarix: 02-09-2017 21:26     Baxış: 4239 A- / A+
Baş cərrah ailəsi ilə birlikdə ağır qəzaya düşdü


Ağır yol qəza hadisəsi baş verib.


ARB Şəki xəbər verir ki, Zaqatala sakini, 35 yaşlı İlqar Rəhimov idarə etdiyi "Mitsubishi” markalı 62 BF 942 dövlət nömrəli minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Sürücü İlqar Rəhimov, onun həyat yoldaşı Zəhra Rəhimova və ailənin azyaşlı övladı 5 yaşlı Orxan Rəhimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Dioqnostika Mərkəzinə çatdırılıblar.

Zaqatala Dioqnostika Mərkəzindən verilən məlumata görə, yaralılardan İlqar Rəhimovun və Zəhra Rəhimovanın müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Orxan Rəhimov isə müayinə edildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, qəzaya düşən İlqar Rəhimov Zaqatala Dioqnostika Mərkəzinin cərrahiyə şöbəsinin müdiridir. Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar