Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qeybdən dəhşətli uğultu eşidildi, Astara sakinləri qorxuya düşdü

Tarix: 01-09-2017 11:27     Baxış: 4315 A- / A+
Qeybdən dəhşətli uğultu eşidildi, Astara sakinləri qorxuya düşdü


İranın Azərbaycanla sərhəd Astara şəhərinin sakinləri “qeybdən gələn” dəhşətli uğultu səsindən təşvişə düşüblər.

Virtualaz.org xəbər verir ki, sosial şəbəkələin iranlı istifadəçiləri mənbəyi izah edilməsi mümkün olmayan bu uğultunu mobil telefonlarla qeydə alıblar və paylaşıblar. Dərhal sosial şəbəkə istifadəçiləri arasında belə belə qənaətə gəliblər ki, bu, Qiyamət gününün yaxınlaşdığını xəbər verə bilər və Allahın mələyinin-İsrafilin surunun səsi ola bilər.

Astara sakinlərini təşvişə salan səs sanki nəhəng borudan çıxır və uğultu bir neçə saniyə ərzində gah artaraq, gah azalaraq davam edir. Maraqlıdır ki, ətrafda bu cür səs çıxara biləcək hər hansı obyekt yoxdur. Nəticədə uğultunu eşidən Astara sakinlərinin bir çoxu bərk qorxublar və bir-birlərini Qiyamət gününün yaxınlaşdığı barədə xəbərdar ediblər.

Rusiya mənbələri isə qeyd edirlər ki, son illər bu cür mənbəyi izah edilməsi mümkün olmayan səslər planetin bütün qitələrində qeydə alınır. Və bu səsin təbiətini izah etmək mümkün olmur. Dindarlar bu səsləri dini rəvayətlərlə yozmağa çalışırlar, alimlər isə bunu izahı mümkün olmayan təbiət hadisələri ilə bağlayır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar