Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kürəkəni generalın maşınlarının təkərlərini deşdi

Tarix: 31-08-2017 16:53     Baxış: 4305 A- / A+
Kürəkəni generalın maşınlarının təkərlərini deşdi

Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda maşınların sahibi Etibar Hüseynov adlı şəxs polisə müraciət edib. O bildirib ki, ötən gün günorta saatlarında qızının həyat yoldaşı, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlu ona məxsus olan Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub. Bu zaman o idarə etdiyi "Hundai" markalı maşınla həyətin darvazasını qırıb. Daha sonra həyətdəki E. Hüseynova məxsus olan 90 FH 018 nömrəli BMW, 90 FG 494 nömrəli "Toyota" və 90 VX 949 nömrəli "Mercedess Galendevagen" markalı maşınların təkərlərini bıçaqla deşib.

Xəbərdə bildirilir ki, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, E. Hüseynovun qızı boşanmaq istəsə də həyat yoldaşı buna razı olmayıb və bu hadisəni törədib.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, E. Hüseynov general-mayor rütbəsinə sahibdir və hüquq - mühafizə orqanlarında yüksək vəzifə tutub. Eyni zamanda, o, Azərbaycanın keçmiş hərbi komissarı, Milli Məclisin deputatı, general-leytenant Əliağa Hüseynovun əmisi oğludur.

E. Hüseynovun qızı hazırda insident yaşadığı kürəkəni ilə ötən il ailə qurub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar