Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniya Türkiyəyə veto qoydu – Gərginlik

Tarix: 31-08-2017 16:38     Baxış: 8233 A- / A+
Almaniya Türkiyəyə veto qoydu

Almaniya hökuməti Türkiyə ilə Avropa İttifaqı arasında Gömrük Birliyi müqaviləsinin yenilənməsinə və genişləndirilməsinə veto qoyub.

APA-nın verdiyi məlumata görə, çərşənbə günü Berlində Avropa Komissiyasının sədri Jan Klod Yunkerlə görüşən Almaniya federal kansleri Angela Merkel bu qərarı rəsmi şəkildə ona bildirib.

Bundan bir gün öncə isə A. Merkel keçirdiyi mətbuat konfransında öz mövqelərini izah edib. O deyib ki, Almaniya hazırkı şəraitdə Türkiyə ilə Gömrük Birliyi müzakirələri aparılması üçün komissiyaya səlahiyyət verməyəcək.

Qeyd edək ki, 2016-cı ilin sonunda Avropa Komissiyası üzv ölkələrdən Türkiyə ilə 1996-cı ildə imzalanmış Gömrük Birliyi müqaviləsinin genişləndirilməsi üçün səlahiyyət istəyib. Müqavilənin genişləndirilməsi Türkiyədən idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarının gömrük rüsumundan azad edilməsini və bununla da ticarət həcminin artırılmasını nəzərdə tutur. Hazırkı müqavilə isə kənd təsərrüfatı və xidmət sahələrini əhatə etmir.

Xatırladaq ki, bir müddətdir Almaniya ilə Türkiyə arasında siyasi gərginlik hökm sürür. Ankara Berlini Türkiyədən qaçan və ölkə əleyhinə fəaliyyət göstərən terorrçulara və mühacirlərı sığınacaq verməkdə ittiham edir. Türkiyə isə öz növbəsində Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisini həbs edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar