Sizin Reklam Burada
Xəbər lenti
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda ŞOK olay - həbsxanada doğulan uşaq yoxa çıxıb

Tarix: 09-09-2016 15:33     Baxış: 4603 A- / A+
Bakıda ŞOK olay


Ötən il Azərbaycanda baş verən “Lamiyə olayı”na bənzər hadisə olub. “Qafqazinfo” xəbər verir ki, Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahnurə Hüseynova uşaq dünyaya gətirib.

Bu barədə M.Hüseynova özü bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda çıxış edərək məlumat verib.

Mahnurə Hüseynova məhkəməyə müraciət edərək polis əməkdaşları tərəfindən saxlanılarkən hamilə olduğunu deyib: “Mən türmədə uşaq dünyaya gətirdim, oğlan idi. Atası da Ehtiram Həsənovdur. Körpəmi türmədə yoxa çıxartdılar, nə ölüsü bilinir, nə dirisi. Uşağımı oğurladılar, mənə də heç nə demirlər”.

Hakim bildirib ki, bununla bağlı prokurorluğa müraciət edilməlidir. M.Hüseynova deyib ki, prokurorluğa etdiyi şikayət də nəticəsiz qalıb.

Qeyd edək ki, Mahnurə Hüseynova “Bakı Taxıl Kombinatı”nın direktoru Qalib Bağırovun qətli ilə bağlı təqsirləndirilir. Onunla bərabər əri Ehtiram Həsənov və Mübariz Əliyev də saxlanılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar