Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Evi ildırım vurdu, bir nəfər həlak oldu - Göyçayda

Tarix: 09-09-2016 12:40     Baxış: 3481 A- / A+
Evi ildırım vurdu, bir nəfər həlak oldu

Göyçay rayonunda fərdi yaşayış evində baş verən partlayış və yanğın zamanı ağır yanıq xəsarətləri alan bir ailənin 4 üzvündən biri dünyasını dəyişib.

Həkimlərin səyinə baxmayaraq 34 yaşlı Kəmalə Həşimova aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. Ailənin digər üzvlərinin həyatı xilas edilib. Lakin, onların vəziyyəti ağır olduğu üçün tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə yola salınıblar.

Evi ildırım vurdu, bir nəfər həlak oldu

Qeyd edək ki, ötən gün rayonun Malı-Şıxlı kənd sakini 34 yaşlı Atəş Həşimova məxsus evdə baş verən partlayış zamanı ev sahibi və həyat yoldaşı, iki azyaşlı övladları yanıq xəsarətləri almışdılar.


Evdə qaz sızması nəticəsində partlayış və yanğının olduğu deyilsə də, qonşuların sözlərinə görə, ötən gecə səhərədək Mallı-Şıxlı kəndində güclü şimşəklə müşayiət olunan leysan yağışının yağması zamanı qəflətən həmin mənzili ildırım vurub və nəticədə güclü partlayış və yanğın baş verib. Hazırda hər iki versiya üzrə araşdırmalar davam etdirilir. (Region TV)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar