Xəbər lenti 
					
 
		8-ci mərtəbədən düşən uşaq sağ qaldı
Manevr.az
Rusiyanın Yekaterinburq şəhərində baş vermiş bu olay hər kəsi təəccübləndirib. 58 yaşlı şəhər sakini 8-ci mərtəbədən düşən uşağı göydəcə tutub.
Belə ki, axşam anası işə gedən qızcığaz evdə darıxıb və anasının yanına getmək istəyib. Qapının bağlı olduğunu görən 4 yaşlı uşaq pəncərədən düşməyə qərar verir və ayağının altına stul qoyub pəncərəni açır.
Uşağın pəncərədən düşmək istədiyini görən Aleksandr Prodovikov uşağı bu fikrindən yayındırmaq istəsə də, uşaq pəncərədən yerə düşüb. Qızın yerə düşdüyünü görən A. Prodovikov onu tutub. Buna baxmayaraq, yüksəklikdən düşən uşaq xəsarət alıb. O, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Qızcığazın həyatı təhlükəsi yoxdur. Bir neçə günə xəstəxanadan evə buraxılacaq.
Xilaskarın isə sağ əlindəki bütün barmaqları sınıb. Qəhrəmanlığına görə şəhər rəhbərliyi tərəfindən mükafatlandırılması təklif olunsa da, 58 yaşlı kişi mükafatdan imtina edib.Lent.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















