Xəbər lenti
Avtomobil aşıb, biri polis əməkdaşı olmaqla iki nəfər xəsarət alıb

Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. A
Məlumata görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb. “Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Şirin Quliyev və sərnişin, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Əhəd Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar