Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ofisiant namaz qıldığı üçün işdən qovuldu

Tarix: 21-08-2017 20:48     Baxış: 3194 A- / A+
Azərbaycanda ofisiant namaz qıldığı üçün

"Getsin namazını məsciddə qılsın".

Azərbaycanda şadlıq sarayının direktoru ofisiantı namaz qıldığı üçün toy zamanı işdən qovulub.

Manevr.az baku.ws saytına istinadən xəbər verir ki, Xırdalanda yerləşən “Xəzinə Palace”da Vüqar adlı ofisiant namaz qıldığı üçün işdən qovulub.

İddia edilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və 10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib. Elə bu zaman stolda oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək müdiriyyətə şikayət edib. İçkili şəxs müdiriyyətə deyib ki, hanı bu stola baxan ofisiant?

Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında dialoq yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də şadlıq sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini verib.

Şadlıq sarayının baş inzibatçısı Nizami Əliyev də ofisiantın işdən çıxarılmasını təsdiq edib. O bildirib ki, iş vaxtı namaz qılmazlar.

“Onun anası da burada işləyir. Mən onu işə götürəcəkdim. Əgər sizə şikayət edibsə onu ümumiyyətlə bu şadlıq sarayının qabağından keçməsini icazə verməyəcəm. Bura namaz qılmaq yeridir? Getsin namazını məsciddə qılsın. Əgər iş vaxtı hamı namaz qılsa da nə olacaq? Onda müştərilərə kim xidmət göstərəcək?”, - deyə baş inzibatçı bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar