Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Pauerliftinq üzrə dünya ikincisi öldürüldü VİDEO

Tarix: 20-08-2017 14:59     Baxış: 3494 A- / A+
Pauerliftinq üzrə dünya ikincisi öldürüldü


Pauerliftinq üzrə dünya ikincisi, rusiyalı Andrey Draçov dünən Xabarovskda qətlə yetirilib.

Manevr.az “AmurMedia” agentliyinə istinadən xəbər verir ki, küçədə bir sərxoş kişi idmançıya yaxınlaşaraq, hansısa məsələni həll etməyə çalışıb. Draçov cavab verib ki, bunu ayıq başla etmək daha düzgün olardı. Lakin naməlum şəxs dalaşmağa başlayıb.

Bir neçə saniyədən sonra davaya sərxoş şəxsin dostları da qoşulub. Hadisə yerindən Andrey Draçovu təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, dünya çempionatının gümüş medalçısı aldığı zədələrdən dünyasını dəyişib.

32 yaşlı Andrey Draçov 2011-ci ildə pauerliftinq üzrə dünya çempionatında gümüş medal alıb. 2015-ci ildə Uzaq Şərq üzrə mütləq kateqoriyada birinci olub. 2017-ci ildə “Ekstremal bodibildinq” üzrə Primorye diyarının açıq çempionatının qalibi adını qazanıb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar