Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rüfət Səfərov məhkəmə zalında həbs olundu - 9 il iş

Tarix: 08-09-2016 20:48     Baxış: 3806 A- / A+
Rüfət Səfərov məhkəmə zalında həbs olundu


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqi etmək üçün məhkəmədən on gün vaxt istəyib.

Hakim isə bunu prosesi qəsdən uzatmaq istəyi kimi qiymətləndirib.

Bundan sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra vəkil çıxış edərək müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib.

Daha sonra prosesdə çıxış üçün R. Səfərova söz verilib. R. Səfərov çıxışa hazır olmadığını, ona bir həftə vaxt verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib, ona çıxışa hazırlaşmaq üçün 15 dəqiqə vaxt verib.

Fasilədən sonra R. Səfərov çıxışa hazır olmadığını deyib və yenidən məhkəmədən vaxt istəyib. Məhkəmə bunu çıxışdan imtina kimi dəyərləndirib.

Məhkəmədə yenidən fasilə elan edilib. Fasilədən sonra hökm elan olunub. Məhkəmə R. Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

R. Səfərov məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, prokuror məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəmişdi.APA.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar