Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda bu inək 3 nəfərin ölümünə səbəb oldu - FOTOLAR

Tarix: 16-08-2017 15:39     Baxış: 4215 A- / A+
Lənkəranda bu inək 3 nəfərin ölümünə səbəb oldu

Xəbər verdiyimiz kimi, avqustun 16-da səhər saat 6 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verən ağır avtonəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, Astara rayonu istiqamətində hərəkətdə olan Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi "Mercedes” avtomaşınla Ələt istiqamətində hərəkətdə olan Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi "VAZ 2107” markalı avtomaşın toqquşub. Qəza nəticəsində "VAZ”-ın sürücüsü Kamran Xudiyev və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alanlar-Astara rayon sakini, "Mercedes”in sürücüsü, 33 yaşlı Rüstəm Süleymanov, sərnişinlər-Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova, "VAZ”-ın sərnişinləri Elməddin Əlizadə və Facir Mahir oğlu təcili tibbi yardım avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan iki nəfəri dərhal əməliyyata götürülüb. Onlardan biri - Facir Mahir oğlunun vəziyyəti ağır olaraq qalır.
Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan "VAZ”-ın sürücüsünün cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.

Baş vermiş ağır avtonəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən sürücülərdən biri onu vurub və idarəetməni itirərək digər avtomaşına çırpılıb.
FOTOQALERIYA
Lənkəranda bu inək 3 nəfərin ölümünə səbəb oldu
Lənkəranda bu inək 3 nəfərin ölümünə səbəb oldu
Lənkəranda bu inək 3 nəfərin ölümünə səbəb oldu
Lənkəranda bu inək 3 nəfərin ölümünə səbəb oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar