Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Velosipedçiləri vuran sürücüdən XƏBƏR VAR - RƏSMİ

Tarix: 11-08-2017 10:35     Baxış: 4236 A- / A+
Velosipedçiləri vuran sürücüdən

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda velisopedçinin ölümü ilə bağlı birgə məlumat yayıb.
Avqustun 8-də saat 22:20 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Quliyev Nicat Nizam oğlu idarə etdiyi "Kia Cadenza” markalı 10-XZ-040 dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən velosipedçi 1992-ci il təvəllüdlü Abdullayev Akif Azər oğlunu və 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızını vurduqdan sonra Bəylərov Ceyhun Valeh oğlunun idarə etdiyi BMW markalı 90-KX-473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq dayanıb. A.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. F.Rəhimova müxtəlif bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Fakta görə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və cinayəti törətməkdə şübhəli bilinən Nicat Quliyev avqustun 9-da tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

N.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar