Xəbər lenti
Ağır yol qəzası baş verib, ölən və yaralananlar var - ŞƏMKİRDƏ

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.
Manevr.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini Gədəbəy rayon sakini 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Bundan başqa “Niva”nın sürücüsü Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Şirinov Rauf Zahid oğlu, həmçinin “Mercedes”də olan 3 nəfər – Şəmkir rayon sakinləri 1992-ci il təvəllüdlü Əsgərzadə Samir Fizuli oğlu, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu və 1984-cü il təvəllüdlü Gədəbəy rayon sakini Həsənov Ceyhun Cavad oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin – orta ağır, bir nəfərin isə normal qiymətləndirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar