Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Toydan qayıdan ailə qəzaya düşdü - 2 ölü, 2 yaralı (Yenilənib + Fotolar)

Tarix: 07-09-2016 15:17     Baxış: 3617 A- / A+
Toydan qayıdan ailə qəzaya düşdü


Gəncədən toydan qayıdan ailə qəzaya düşüb.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində baş verib.

Belə ki, 90-CP-149 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobilin sürücüsü Məmməd Məmmədov idarəetməni itirərək maşını aşırıb.

Qəza nəticəsində maşında olan sərnişin Elmira Məmmədova və digər sərnişin hadisə yerindəcə dünyalarını dəyişiblər. E.Məmmədova sürücünün həyat yoldaşı olub.

Sürücü və avtomobildə olan digər sərnişinlər isə xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.Report.az

***
13:57

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda iki nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 12:00 radələrində yolun 185-ci kilometrliyində, İsmayıllı rayonunun Qubanxəlilli kəndi ərazisində qeydə alınıb.

Goranboy rayon sakininə məxsus “Nissan” X-TRAİL” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və onun yeznəsinin ağır xəsarət aldığı, sürücünün həyat yoldaşı və bacısının isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişdiyi bildirilir. Hazırda xəsarət alanların və ölənlərin adları dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. APA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar