Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Biləsuvarda 19 yaşlı gəlin evdən qaçdı — VİDEO

Tarix: 29-07-2017 21:18     Baxış: 4247 A- / A+
Biləsuvarda 19 yaşlı gəlin evdən qaçdı

Biləsuvarda 19 yaşlı gəlin azyaşlı övladı ilə birlikdə evdən qaçıb.

Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, Biləsuvar rayonunun Xırmandallı kənd sakini İlahə Zeynalova 3 ilə yaxındır ki, bu kəndə gəlin köçüb. Gəlinin yaxınlarının sözlərinə görə, ərdə olduğu müddət ərzində İlahə ilə ailə üzvləri arsında söz-söhbətlər olub. Hətta sonuncu dəfə, iyulun 20-də ailədə yenidən söz-söhbət olduğu üçün həyat yoldaşının xəbəri olmadan atası evinə qayıdıb.

Lakin bir neçə gün sonra qayınatası və həyat yoldaşının təkidi ilə o, yenidən ər evinə gedib. Gedərkən isə anasına bir də belə hal olacağı təqdirdə geri qayıtmayacağını və növbəti dəfə hara getməli olduğunu heç kimə bildirməyəcəyini deyib. Bu hadisədən 2 gün sonra belə də olub. İyulun 25-də İlahə Zeynalova yaşadığı evi xəbərsiz tərk edib. Evdən çıxarkən o, yaşyarımlıq körpəsini və sənədlərini də özü ilə götürüb.

Artıq 5 gündür ki, yaxınları onu axtarsalar da hələ ki, bir nəticə yoxdur. Məsələ ilə bağlı Biləsuvar rayon polis şöbəsinə də məlumat verilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar