Xəbər lenti
Azyaşlını çirkin məqsədinə alət etdi - Beyləqanda cinayət
Beyləqan rayonunda oğurluq hadisəsi baş verib.
Rayonunun Bünyadlı kəndindəki mağazalardan birindən 490 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini Qaraş Talıbov həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Qaraş Talıbov oğurluq cinayətinə bir nəfər azyaşlı olan həmyerlisini cəlb edib. O, azyaşlını mağazanın ərazisində mühafizəçinin olub-olmaması yoxlamaq məqsədi ilə oraya göndərib.
Azyaşlı mağazada heç kimin olmadığını deyəndən sonra Qaraş Talıbov oğurluğa gedib.
Onların həmyerliləri Yasəf Nərimanovla birgə yanvarın 15-də İmişli rayonunun Qaradonlu poçt şöbəsindən içərisindən 570 manat pul, qızıl əşyalar və sənəd, habelə şöbəyə məxsus 63 manat pul olan seyfi oğurlamaları da müəyyən edilib.
Həyata keçirilən tədbirlərlə Y.Nərimanov da tutulub.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar