Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda maşın bir ailənin 4 üzvünü vurdu

Tarix: 17-07-2017 08:45     Baxış: 3426 A- / A+
Bakıda maşın bir ailənin 4 üzvünü vurdu
Gecə saatlarında paytaxtda 4 nəfər eyni avtomobilin zərbəsinə tuş gəlib.

Yol qəzası zamanı xəsarət alan şəxslərin hamısı bir ailənin üzvləridir. Məlumata görə, piyadaların vurulduğu avtoqəza Bakının Xəzər rayonunda qeydə alınıb.

1975-ci il təvəllüdlü Qurbanov Araz Qurban oğlu, 1975-ci il təvəllüdlü Nurəliyeva Məxluqə Eynulla qızı, onların övladları - 12 yaşlı Qurbanov Rəhim Araz oğlu və 13 yaşlı Qurbanov Rəhman Araz oğlu Mərdəkan qəsəbəsindəki dayanacaqların birində avtobus gözləyən zaman idarəetmədən çıxan bir avtomobil onları vurub.

Ata, ana və onların iki övladı xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətinin qənaətbəxş olduğunu bildirir.

Qəzadan sonra avtomobilin sürücüsü Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi qaldırılıb.(apa)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar