Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ana ilə azyaşlı uşağını vurub öldürən sürücü saxlanıldı -VİDEO

Tarix: 15-07-2017 09:12     Baxış: 5331 A- / A+
Ana ilə azyaşlı uşağını vurub öldürən sürücü saxlanıldı


Gəncədə iki nəfəri avtomobillə vurub öldürən sürücü saxlanılıb.

Məlumata görə, şəhərin Nizami Gəncəvi prospektində ölümlə nəticələnən yol qəzasını Göygöl rayon Səmədli qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şərifov İqbal Yaşar oğlunun törətdiyi məlum olub.

O, keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə sürücülük vəsiqəsi olmayan İ. Şərifov dostunun “QAZ 3110” markalı avtomobilini idarə edərək Nizami Gəncəvi prospekti ilə yüksək sürətlə hərəkət edirmiş. Qarşısındakı avtomobil dayanaraq
piyadalara yol verən zaman İ. Şərifov yandan ötüb keçmək istəyib. Bu zaman yolu keçən Abbasov Altay 11 yaşlı oğlu ilə dayansalar da, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Abbasova Aynurə qucağında 5 yaşlı oğlu Məhəmmədlə yolu keçmək istəyib. Nəticədə avtomobil onları vurub. Qadın hadisə yerində dünyasını dəyişib. 2012-ci il təvəllüdlü Abbasov Məhəmməd xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü İ. Şərifov avtomobillə hadisə yerindən uzaqlaşaraq aralıda olan Eminbəyli küçəsində maşını saxlayaraq qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(apa)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar